Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:41

Təcili Pakistanın bərpasına başlamaq lazımdır


Oxfam təşkilatı Pakistanda təcili bərpa işlərinə başlanmasını təkid edir.

Təşkilat xəbərdarlıq edib ki, əks halda ölkədə baş verən təbii fəlakət, uzunmüddətli faciəyə çevrilə bilər.

Təşkilat bildirib ki , məktəblər, yollar, körpü və xəsətxanaların bərpasına milyardlarla dollar lazımdır.

Bundan başqa fermerlər payızda əkin-səpin mövsümünü buraxa bilərlər.

Təşkilatın yaydığı bəyanatda deyilir ki, bərpa işləri aylarla vaxt apara bilər, bu da o deməkdir ki, milyonlarla insan soyuq ayları müvəqqəti sığınacaqlar və ya açıq səma altında da keçirməli olacaqlar.

Pakistanda baş verən daşqınlarda 1600-dən çox adam ölüb,təxminən 20 milyon adama ziyan dəyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG