Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:30

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası avqustun 29-da cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirir.

Qəbul imtahanında iştirak etmək üçün 30671 abituriyent ərizə təqdim edib. Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır.

Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində 56 binada keçirilir.

İmtahanın nəticələri sentyabrın 5-dək TQDK-nın internet saytında yerləşdiriləcək, qəbul olanların siyahısı “Abituriyent” jurnalında dərc olunacaq.
XS
SM
MD
LG