Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:29

Daha üç partiya seçki bloku yaradır


Daha üç siyasi partiya parlament seçkilərində iştirak üçün növbəti seçki blokunu yaratmağa qərar verib.

Bu dəfə Bütöv Azərbaycan Xalq Cəbhəsi, «Ədalət» və «Böyük Quruluş» partiyaları «İslahat» bloku adı altında birləşir.

Avqustun 25-də ADP və «Ümid» partiyaları da «Qarabağ» adlı seçki bloku yaradaraq parlament seçkilərinə birlikdə iştirak edəcəklərini bildiriblər.
AXCP və Musavat partiyaları arasında blok yaratmaqla bağlı bağlı müzakirələr də yekunlaşmaq üzrədir.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG