Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:40

Azərbaycan nəqliyyat sahəsində bir sıra yeni layihələr həyata keçirəcək


Azərbaycan yaxın bir neçə il ərzində nəqliyyat sahəsində yeni layihələrin icrasına başlamaq niyyətindədir.

Azərbaycan Nəqliyyat Nazirliyindən verilən məlumata əsasən, yeni layihələr sırasına bunlar daxildir:

- Bakı buxtasında 26.6 km uzunluğunda (su üzərindən keçən hissəsi 13.3 km) olan körpünün inşası,

- uzunluğu 105 km olan Quba-Şamaxı yolunun tikintisi,

- uzunluğu 405 km olan Hacıqabul-Gürcüstan sərhədi avtomagistralının tikintisi,

- Bakı-Sumqayıt dəmiryolunun inşası.

Bakı buxtasında inşa olunacaq körpü şəhərin mərkəzində yolların bir qədər boşaldılmasını təmin edəcək.

Yeni Quba-Şamaxı yolunun tikintisi nəticəsində ölkənin mərkəzi rayonlarından Rusiya sərhədi istiqamətində hərəkət edən avtomobillər yollarına 156 km qənaət etmiş olacaq.

Xəbəri Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsi yayıb.
XS
SM
MD
LG