Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

İran Avropa banklarındakı pullarının bir qismini geri götürür


Tehran ona qarşı BMT-nin yeni sanksiyalarına cavab olaraq Avropa banklarında saxlanana pullarının bir qismini geri götürdüyünü bildirir. İranın Mərkəzi Bankının direktoru Mahmud Bahmani deyib ki, onlar Avropanın İran sərmayələrinin dondurulması ehtimalına qarşı qabaqlayıcı tədbir kimi addımı atıblar. Amma o, nə qədər pulun geri götürülməsi, onların hara ötürülməsi haqqında məlumat verməyib.

BMT Təhlküəsizlik Şurası bu ilin əvvəlində mübahisəli nüvə proqramını dayandırmadığı üçün İrana qarşı növbəti sanskiyasını qəbul edib. ABŞ və AB ölkələri İranın bu proqramının nüvə silahı yaratmağa yönəlməsindən narahatdır. Tehran isə proqramının yalnız dinc məqsədli olduğunu deyir. BMT-nin yeni sanksiyaları əsasən İranın bank, neft və nəqliyyat sahələrini hədəfə alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG