Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

BMT Pakistanda aclıq və xəstəliklərin yayılmasından narahatdır


BMT bildirib ki, Pakistanda xüsusilə uşaqlar arasında yoluxucu xəstəliklər və aclığın getdikcə genişlənməsindən narahatdır. UNİCEF-in rəhbərlərindən olan Karen Allen avqustun 28-də yaydığı rəsmi açıqlamada uşaqlar arasında sudan yayılan yoluxucu xəstəliklər – ishal, qızdırma yayılır. Bir yandan da kəskin qida çatışmazlığı xəstəlikləri genişləndirir. BMT rəsmisi qeyd edir ki, xüsusilə sel fəlakətindən əvvəl də kasıb yaşayan ərazilərdə vəziyyət daha qorxuludur.

Pakistanda iyulun sonu, avqustun əvvəllərində bir neçə həftə davam etmiş daşqın və seldən rəsmilər 1600 nəfərin həlak olduğunu, təbii fəlakətdən ümumilikdə ölkə boyu 20 milyon adamın ziyan çəkdiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG