Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:33

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının saxlanan üzvləri buraxılıb


5 nəfər avqustun 28-də saxlanaraq Sabirabadın Qaragüney polis bölməsinə gətirilmişdi. Polis öz hərəkətini belə izah edib ki, «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib.

Bu barədə AzadlıqRadiosuna qərargahın üzvlərindən – «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev deyib:

«Biz işləyəndə, «Kür» adından sənəd təqdim etmirdik, «Turan» agentliyi və qərargaha daxil olan digər qeyri-hökumət təşkilatlarının sənədlərini göstərirdik. Polis deyir ki, İcra Hakimiyyətindən tapşırıq almışıq ki, «Kür»ün işi qadağan olunsun. Fakt odur ki, polis əmri icra edir».

M. Əliyev bildirib ki, onlar daşqın zonasında apardıqları monitorinqlərin birinci hissəsini uğurla başa çatdırıblar, maneələrə baxmayaraq işlərini davam etdirəcəklər.
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Talıbov avqustun 27-də AzadlıqRadiosuna bildirib ki, monitorinqin aparılması üçün Prezident Administrasiyasından rəsmi icazə alınmalıdır.
XS
SM
MD
LG