Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:45
Rusiya və Azərbaycan prezidentləri arasında sərhədlərin delimitasiyası haqqında sənəd imzalanacaq.

Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan mətbuatına müsahibəsində deyib.

Sənədin sentyabr ayında Dmitri Medvedevin Azərbaycana səfəri zamanı imzalanacağı gözlənilir. Hələ ki, səfərin dəqiq tarixi məlum deyil:

«Səfərin başlıca mövzusu dövlət sərhədləri, Samur çayının su resurslarından bərabər istifadə olunması haqqında sazişin imzalanması olacaq».
Lavrov bildirib ki, bu sənəd üzərində son illər ərzində iş aparılıb.

S. Lavrov Azərbaycanı «Cənubi Qafqazda və Xəzər regionunda mühüm strateji tərəfdaş» adlandırıb:

«Bizim münasibətlərimiz inkişaf edir. Onlar hərtərəflidir və ənənəvi olaraq iki rəhbərin görüşlərində bu münasibətlərin bütün spektri müzakirə edilir. Mən bu dəfə də belə olacağına əminəm».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG