Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 05:45

Alpay Azər "Torun qəbristanlığında"















“Ölüm və sevgi” silsiləsindən



Torun qəbristanlığında

Hilmar hotelinə çatmamış,
Girdim qəbristanlığa.
Aqneska 1932-39,
Sarışın, balaca ağ dişləri, gülərüz,
Qəşəng, həyatı sevən bir qız.
Eva 1870 – 1935,
Zbiqnev 1900 – 63.

Hər qəbrin üstündə armudu şüşədə yanan şamlar,
Ölənləri burada bu cür anırlar.
Telefonu cibimdən çıxartdım,
Bəlkə gülərüz Aqneskanı çəkim?
Qorxdum ki, sonra tez-tez baxaram şəklə,
Yuxuma girər, - yadımda qalar.

Ya da birdən gecə bu yad şəhərdə,
Əzrayıl üstümə gələr.
Aqneska nənəmdən bir yaş kiçik,
Nənəm səksənə yaxınlaşır, artıq yeriyə bilmir,
Yataq xəstəsidi, ölmək istəyir,
Deyir yaşadığım bəsdi.

Aqneska yeddi yaşında öldü,
İndi mənə gülərüz qız baxır, nənəmdən bir yaş kiçik.
Üzbəüz gəlir gözlüklü, şlyapalı kişi,
Universitet müəlliminə oxşayır.
Əlində qərənfil gülü,
Özüsə nədənsə gülümsüyür.

Ağaclarda sərçələr hay-həşir salır,
Ayrı vaxt lovğa gəzən qarğalar,
Qəbirlərin yanında sakitcə dayanıblar.
Bəziləri dimdiyini aşağı sallayıblar.
Uzaqdan uşaqların səsləri qulağıma çatır,
Burdakı uşaqlarsa yatır.

Çıxıram küçəyə,
Lap qabağımca uzunayaq, hündürboylu,
Sarısaç, bədənin huşdan cıxaran alovlu ətri,
Üstəgəl parfyum qoxusu,
dikdabanla gedir taq-taq.
Üzünü görməsəm də bilirəm,
Sevişməyə gedir.

Artıq saat beşdir,
Bir azdan sarısaç qız sevgilisiylə görüşəcək.
Arxamdasa qəbristanlıq,
3-5 yaşlı uşaqlar, gənclər, qocalar orda yatır.
Ehh...heyif,
tələsən sarısaç qız da nə vaxtsa öləcək,
Amma o indi sevişməyə qaçır.

29-30 May, 2010, Torun (Polşa)


Dünən, bu gün

Arxa üstə uzanıb,
Bədənində vız sarı tüklər.
Ayaqları göyə doğru.
Bərəlmiş buz gözlərini,
Günəş də isidə bilməz.

Dünən yolu keçəndə tələsib,
Indi qurumuş bağırsaqları çöldə.
Srağagün bir dişi pişik bunu yaxın qoymadı,
Qırdılar, boğuşdular,
Cırmaqlaşdılar, donbalaq aşdılar.

Axırda dişi pişik birdən qaçıb getdi.
Erkəksə qaldı baxa-baxa...
İndi bağırsaqlar çöldə, gözlərdə soyuq heyrət,
Bir də sragagünkü uğursuzluqdan qalıb həsrət.

30 May, 2010, Oldenburq (Almaniya)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG