Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

«Monitorinq üçün Prezident Administrasiyasından rəsmi icazə alınmalıdır»


Avqustun 27-də Hacıqabul rayon İcra Hakimiyyəti və polisi Meynəman kəndində «Kür» Vətəndaş Cəmiyyəti qərargahının apardığı monitorinqi dayandırıb. Qərargahın üzvləri rayon icra hakimiyyətinə aparılıb. Bu barədə AzadlıqRadiosuna qərargahın təmsilçisi Oqtay Güləliyev məlumat verib:

«Qərargahın yerli üzvləri - İnqilab Zərbəliyev, İlham Əmiraslanov, Hacıbaba Ağayev və mən monitorinqin dayandırılması ilə bağlı söhbət üçün icra hakimiyyətinə gətirilmişik. Bizə deyirlər ki, icazəsiz monitorinq aparıla bilməz».

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Talıbov isə AzadlıqRadiosuna bildirib ki, monitorinqin aparılması üçün Prezident Administrasiyası ictimai-siyasi şöbəsindən rəsmi icazə alınmalıdır.

«Kür» Vətəndaş Cəmiyyəti qərargahı bəyanat yayıb. Bəyanatda son günlər yerli strukturların bu ilin may ayında baş vermiş daşqının nəticələrinin aradan qaldırılmasının monitorinqinə mane olmağa başladığı qeyd olunur və hakimiyyətin bu hərəkəti pislənir.

Eyni zamanda hakimiyyət orqanları vətəndaş cəmiyyətinin üvzlərinə təzyiqlərə son qoymağa, daşqına məruz qalmış zonalarda fəaliyyət üçün qanunauyğun şərait yaratmağa çağırılır.
XS
SM
MD
LG