Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:25

Fransa qaraçıları qovmasını müdafiə edir


Fransa qaraçıların kütləvi çıxarılmasına etiraz olaraq səslənən beynəlxalq tənqidlərə cavab verib və öz hərəkətlərini müdafiə edib.
Fransa hökuməti bildirir ki, hökumətin addımları “Avropa qanunlarına dəqiqliklə riayət etməkdir”.

Fransanın ünvanına sonuncu belə tənqid bu gün BMT-nin irqçilik əleyhinə komitəsindən gəlib. Komitə Fransanı qaraçıların kütləvi çıxarılmasından yayınmağa çağırır.
Komitə bildirir ki, Fransada “ayrı-seçkilik əhvallı siyasi çıxışlardan narahatdır”.

Avqustun 26-da Fransa 284 qaraçını Rumıniyaya göndərdi.
İlin əvvəlindən deportasiya olunan qaraçıların sayı 8300-dür.
Keçən il 7875 qaraçı qovulmuşdu.
Fransa prezidenti Sarkozi bu hərəkətləri cinayətkarlıqla mübarizə ilə izah edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG