Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:18

İcra strukturları monitorinq aparılmasına mane olurlar


Son günlər yerli strukturlar bu ilin may ayında baş vermiş daşqının nəticələrinin aradan qaldırılmasının monitorinqinə mane olmağa başlayıb. «Kür» Vətəndaş Cəmiyyəti qərargahının avqustun 27-də açıqladığı bəyanatda belə deyilir və hakimiyyətin bu hərəkəti pislənir:

«Rayon icra hakimiyyəti orqanları və polis əsasən, qrupun yerli üzvlərinin işinə əngəl törətməyə başlayıb. Avqustun 25-də qrup üzvləri Sabirabad rayonu Qaragüney polis şöbəsinə çağırılıb və orada onlardan işin dayandırılması tələb olunub. Bundan sonra da müxtəlif formalarda hədələr davam edib. Nəticədə qeyri-hökumət qrupunun mühüm ictimai işi icra hakimiyyətinin hərəkətləri səbəbindən iflic vəziyyətinə düşüb».

Bəyanatda hakimiyyət orqanları vətəndaş cəmiyyətinin üvzlərinə təzyiqlərə son qoymağa, daşqına məruz qalmış zonalarda fəaliyyət üçün qanunauyğun şərait yaratmağa çağırılır.
XS
SM
MD
LG