Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:06

Əli Kərimli ilə İsa Qəmbər telefonla danışıb razılaşdılar


Xalq Cəbhəsi və Müsavat partiyaları avqustun 27-də daha bir seçki dairəsi üzrə razılığa gəliblər. Məlumatı “Media forum” saytına Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı verib.

Onun sözlərinə görə, avqustun 27-də AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər arasında telefon danışığı olub: “Müzakirələr nəticəsində 46 saylı Şirvan seçki dairəsindən AXCP nümayəndəsi, satirik şair Mirzə Sakitin vahid namizəd olması razılaşdırılıb”.

Lakin AXCP və Müsavat rəhbərliyi arasında avqustun 27-də keçirilməli olan görüş təxirə salınıb. F.Qəhrəmanlı bildirib ki, görüş gələn həftənin əvvəlində keçiriləcək.

“Media forum” saytının əldə etdiyi məlumata görə, AXCP indiyədək 38 dairədə Müsavata güzəştə gedib. Müsavatın AXCP-yə güzəştə getdiyi dairələrin sayı isə 30-dur. İndi AXCP Müsavatdan ən azı 5-6 dairədə güzəşt tələb edir.
XS
SM
MD
LG