Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:55

Peyğəmbərin karikaturaları yeni qalmaqal yarada bilər


Pakistanda Məhəmməd peyğəmbərin karikaturalarına etirazlarda Danimarka bayrağı yandırılır.
Pakistanda Məhəmməd peyğəmbərin karikaturalarına etirazlarda Danimarka bayrağı yandırılır.
Məhəmməd peyğəmbərin 5 il qabaq Danimarkada çap olunmuş və müsəlman ölkələrində böyük narazılıq doğurmuş karikaturaları yenidən beynəlxalq qalmaqal yarada bilər.

2005-ci il sentyabrın 30-da 12 karikaturanı “Jyllands-Posten” qəzetində dərc etmiş redaktor Fleminq Rouz düz 5 il sonra – bu il sentyabrın 30-da yeni kitabını buraxır.

Kitab “Sükutun despotizmi” adlanır.

Redaktor qalmaqallı karikaturaları öz kitabına da daxil edib.

O bildirib ki, “sadəcə 12 karikatura ilə bağlı baş verən hadisələri oxuculara çatdırmaq istəyib və həmin karikaturalar indiyəcən təhqir kimi qiymətləndirilmiş başqa şəkillərin sırasında verilib.

“Mən bu kitabda fikirlərimi sözlə ifadə etmişəm.

Sözə də sözlə cavab verilməlidir” – deyə redaktor kitabın müsəlman aləmində doğura biləcəyi reaksiya haqda suala cavab verərkən deyib.

O hesab edir ki, bütün məsələlər haqda danışmaq olar:

"Bu, ifadə azadlığıdır, əks halda cəmiyyət sükutun despotizminə gəlib çıxar".

Fleminq Rouz
Radikal islamçılar Rouzu 2005-ci ildən bəri dəfələrlə ölümlə hədələyiblər.

Karikaturaları çəkən rəssam Kurt Vesterqaardı isə hətta öldürməyə cəhd ediblər.

2005-ci ildə karikaturaların çapından sonra müsəlman ölkələrində baş vermiş zorakılıqlarda (əsasən də etiraz aksiyalarının polis tərəfindən dağıdılması zamanı) 100-dən çox adam ölüb.

Suriya, İran və Livanda Danimarka səfirliklərini yandırmağa cəhd olub.

Eləcə də müsəlman ölkələrində Danimarka mallarını boykot etmək çağırışları səslənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG