Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:59
«Azərbaycanın bəzi məscidlərinə sünnilər buraxılmır»

Bu fikri AzadlıqRadiosunu 2 ildir qapadılan «Əbu Bəkr» məscidinin imamı Hacı Qamət Süleyman deyir.

- Hacı, artıq ikinci Ramazan ayıdır ki, sizin icmanın üzvləri öz məscidlərinə - «Əbu Bəkr» məscidinə getmirlər. Bu iki illik ayrılığı necə dəyərləndirirsiniz?

- Təbii ki, bu ürək açan məsələ deyil. Baxmayaraq ki, başqa məscidlərə gedirlər, ancaq hamı məndən soruşur ki, bəs bizim məscid nə vaxt açılacaq? Bizim məsciddə ab-hava tamam başqa idi. İndi çoxları rahatlıq tapa bilmir. Ona görə qardaşlar mənə tez-tez narahatlıqlarını bildirirlər.
Məscidin bağlanması isə əsasən radikal qüvvələrin xeyrinədir. Yəni dövlət məscidi bağlasa, açmazsa, bu, radikallığı gücləndirəcək

«ƏBU BƏKR» MƏSCİDİ SÖKÜLƏCƏKMİ?

- Mətbuatda belə bir fikir səslənir ki, «Əbu Bəkr» məscidi söküləcək və onun yerinə başqa bir bina tikiləcək.

- Bilirsiniz, ola bilər ki, bəziləri bizim məscidin sökülməsini istəsinlər. Çünki, təbii ki, məscidimiz bəzi tərəflərə sərf etmirdi. Ancaq mən inanmıram ki, məscidimizi söksünlər. Çünki məscid Allah evidir. Ona görə inanmıram ki, hökumət onu söksün. Biz gözləyirik ki, nəhayət, hökumət bu məsələyə baxacaq, bizim icmanı qeydiyyata alacaq və minlərlə müsəlman gəlib orada rahat ibadətlərini edəcək.

- Yeri gəlmişkən, sizin icmanın qeydə alınmamasını necə dəyərləndirirsiniz?


BƏLKƏ, BİZDƏN QORXURLAR?

«Əbu Bəkr» məscidi
- Vallah, biz özümüz başa düşmürük ki, bu məsələ niyə gecikir. Ola bilsin, bizə münasibət fərqlidir. Nəsə bizdən ehtiyat edirlər, qorxurlar, nəsə başa düşə bilmirəm? Adam da yoxdur ondan soruşasan. Gedirsən icra hakimiyyətinə, deyirlər bizlik deyil. Gedirsən dini idarəyə, deyirlər bizlik deyil. Gedirsən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, onlar da deyir ki, bizlik deyil.

- Sizcə, sizə fərqli münasibətin mahiyyətində nə durur? Nədən çəkinsinlər, nədən qorxsunlar?

- Bilirsiniz, burada çoxlu ehtimallar ola bilər. Allah bilir. Ya adamların çoxluğundan ehtiyat edirlər? Ya bizim əhli-sünnə olduğumuza görə? Allah bilir.

AZƏRBAYCANDA SÜNNİ-ŞİƏ SÖHBƏTİ VARMI?
Dövlət dini qıraqda saxlasa, bundan xeyir görməyəcək

- Yəni Azərbaycanda sünni-şiə söhbəti var?

- Təbii ki, mən bunu istəməzdim. Ancaq hərdən bu gözə çarpır. Bəzi rayonlarda, bəzi tərəflərdə, bəzi məscidlərdə. Bəzi rayonlar var ki, orada məscidlərə sünniləri qoymurlar ki, gəlib namaz qılsınlar. Belə faktlar var. Qardaşlar gəlib deyirlər ki, bəs biz getdik filan rayonda, filan məscidə, bizi qoymadılar. Dedilər ki, siz Vəhhabisiniz, sizə olmaz! Vəssalam!

- Əslində vəhhabiliklə sünniliyi qarışdırmaq lazım deyil. Belə deyilmi?

HƏRƏ VƏHHABİLİKDƏN BİR CÜR İSTİFADƏ EDİR

- Təbii ki, Bu Vəhhabiliyi atıblar ortaya, hərə ondan bir cürə istifadə edir. Olmayan bir şeydir, atıblar ortaya. Bəziləri Vəhhabiləri qorxunc bir terrorçular kimi vəsf edir. Bəziləri ondan sünniləri vurmaq üçün istifadə edir. Yəni bəzi insanlar var ki, kim sünni kimi namaz qılırsa, elə bilir o Vəhhabidir.
Dünyaya fikir versək, din adından çox istifadə edirlər
Belə yanaşmalar, belə faktlar var.

- Hacı, öz içinizdə «Əbu Bəkr»in bağlanması, bir daha açılmayacağı ilə razılaşmısınızmı? Yoxsa gözləntilər hələ də böyükdür?

- Təbii ki, razılaşmamışam. Onsuz da bizim məscid bağlı deyil, açıqdır. Mən gedib namazımı orada qılıram. Sadəcə orada kütləvi ibadətlərə icazə verilmir. Camaatın ora gəlməsinə icazə vermirlər. Təbii ki, mən məscidimizin açılacağına inamımı itirməmişəm. Ancaq açılmasa da, bu, bizə elə bir zərər vurmayacaq.

- Nə mənada?

MƏSCİDİN BAĞLANMASI RADİKALLIĞI GÜCLƏNDİRƏCƏK

- Ola bilsin ki, bəzi qüvvələr bizə ziyan vurmaq üçün, bizə təsir etmək üçün bunu ediblər, ancaq bu bizə zərər vurmayacaq. Yəni məscidin açılması birinci dövlətin xeyrinədir. Məscidin bağlanması isə əsasən radikal qüvvələrin xeyrinədir. Yəni dövlət məscidi bağlasa, açmazsa, bu, radikallığı gücləndirəcək.

- Hacı bir halda ki, deyirsiniz ki, məscidin açılması dövlətin xeyrinədir, sizcə, dövlət adamları bunu niyə başa düşmək istəmirlər?

- Bax problem bundadır. Görünür kommunizmdən təzə ayrılmışıq, ona görə dini anlayış zəifdir. Maarifçilik zəifdir. Buna dünyada gedən proseslərin də təsiri var. Dünyaya fikir versək, din adından çox istifadə edirlər. Din adından adam öldürürlər, pul qazanırlar. Din adından çox şey edirlər. Ona görə dövlət dini qıraqda saxlasa, bundan xeyir görməyəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG