Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:56

Polis seçkiyə hazırlaşır


Daxili İşlər Nazirliyində bu il noyabrın 7-də keçiriləcək parlament seçkisi ilə bağlı xüsusi tədbirlər planı hazırlanaraq təsdiqlənib. Bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib. O bildirib ki, həmin tədbirlər planı yerli polis orqanlarına göndərilib.

Tədbirlər planında seçki prosesi zamanı asayişin qorunması, seçkinin gedişinə, seçkinin gedişi zamanı «exit-poll» keçirilməsinə müdaxilənin və digər qanunazidd halların qarşısının alınması yer alıb.

Tədbirlər planının 2-ci bəndində noyabrın 5-dən 9-dək Azərbaycan polisinin gücləndirilmiş iş rejimində çalışması nəzərdə tutulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG