Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

300 min adam köçürülür


Pakistanın cənubundakı Sind əyalətində 300 min əhalinin köçürülməsinə başlanılıb. Onlar yeni sel təhlükəsi ilə üzləşmiş Txatta şəhərinin sakinləridir.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, artıq əhalinin 70 faizi ev-eşiyini tərk edib. Dünən isə əyalətin üç şəhərindən 400 min adam köçürülüb.

İndiyə qədər Pakistanda baş vermiş daşqınlarda 1600 adam həlak olub, təbii fəlakətdən isə bütövlükdə 17 milyon adam ziyan çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG