Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:02
Molla Nəsrəddin

Qiyməti 12 qəpik, 25 Avqust, 1906


Teleqraf xəbərləri

Bakı: Burada əmin-amanlıqdır. “Keçən şənbə çox adam ölüb” xəbəri yalandır, cəmi yeddicə adam öldürülüb, başqa günlərdə isə günə 3-4 adam öldürülür.


Ata nəsihəti

Bəsdir ey oğul, boş yerə bu elmə çalışma,
Qanın tələf oldu.

Gündüz-gecə səy eyləyibən dərsə alışma,
Canın tələf oldu.

Bu şəhərdə çox görürəm elm oxuyanlar,
Onlar nə tapıblar?

Divanədirlər malını bu yolda qoyanlar,
Guya ki, yatıblar.

Çoxdur zərəri adəm üçün elm oxumağın,
Sən say və deyim mən:

Əvvəl bu ki, məktəbdə olur təlx dimağın,
Ey didiyi-rövşən.

Bir də gözünün nuru gedib kor olacaqsan,
Canın da sağ olmaz.

Rəngin saralıb axırın rəncur olacaqsan,
Bağrında yağ olmaz.

Axırda tutaq ölməyib universətə girdin,
Qurtardın özün də,

İnsaf ilə söylə yaxşımı etdin?
Bir dur bu sözündə.

Sən də deyəcəksən sasalım, ya da ki, demokrat,
Bilməm necə dersiz.

Xalqın evini yıxdı çıxıb bir neçə bədzat,
Ax-ax, a beyinsiz!

Hər bir gədə bir az oxuyub adam olubdur,
Zakonu bəyənməz,

Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur,
Hamını bəyənməz!!!

Gah şaha bir tənə vurar, gah vəzirə,
Bax-bax səni ey Tari!!!

Gah ocağa şəkk eləyər, gah da pirə,
Kafir olub bari!!!

Bundan sonra qıl tövbə, dəxi məktəbə getmə,
Bircə usan, oğlum,

Ta baxma müəllim sözünə, ta əməl etmə,
Axır utan, oğlum!

Çıx dağa-daşa, yol kəsginə, qarətə başla,
Axırda qaçaq ol!

Sal bir beşatan boynuna! Bu adətə başla,
Həmmal yaraq ol

Xalqa dadanaq ol
Hər işdə sayaq ol

Var canə ziyanı.
Qeyrətdən uzaq ol.

RUBRİKANIN ARXİVİ

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG