Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09

ATƏT seçkilərlə bağlı tövsiyələr hazırlayıb


ATƏT-in Bakı Ofisi Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin işıqlandırılmasına dair tövsiyələr hazırlayıb.
Tövsiyələr bunlardır :

- Seçki kampaniyası dövründə iki ictimai telekanal və bir ictimai radioda siyasi partiyalar və namizədlər üçün həftədə üç saatdan az olmayaraq pulsuz efir vaxtının ayrılması.
Bu efir vaxtının üçdə birinin debatların təşkili, digər hissəsinin isə namizədlərin çıxışları üçün nəzərdə tutulması.

- Xəbərlər proqramları, forumlar, tok-şou və digər proqramlarda bütün siyasi partiyaların təmsilçilərinə ayrı-seçkilik qoymadan yer verilməsi.

- Ümummilli və regional özəl telekanallar seçki kampaniyası dövründə iştirakı stimullaşdırmalı və efir vaxtı təklif etməli.

- AzTV kanalının seçki kampaniyası dövründə namizədlərə efir vaxtı ayıra bilməsi üçün Seçki Məcəlləsinin 77.1 maddəsinin ləğv edilməsi.

ATƏT-in Bakı Ofisi bu tövsiyələrin həyata keçirilməsinə kömək etməyə hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG