Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:15

Cənub axını kəmərinə Albaniya da qoşula bilər


“Cənub axını” qaz kəmərinin tikintisinə Albaniya da qoşula bilər.

Bu, əsas kəmərin qolunun Albaniya ərazisindən keçməsi nəticəsində reallaşa bilər.

Reutersin məlumatına görə, bunu Albaniyanın baş naziri Sali Berişa bildirib.

Sali Berişa qonşu ölkələrin kəmərinin qolunun Albaniyanın Vlor limanınadək tikintisinə razılıq verdiklərini deyir.

İtaliyanın ENI və Rusiyanın Qazprom şirkətinin birgə iştirak etdikləri kəmərlə il ərzində 47-63 mlrd. kubmetr qaz ötürmək planlaşdırılır.

Qara dənizin dibindən Bolqarıstana keçəcək kəmər, sonra 2 qolla Yunanıstan-İtaliyaya və Serbiya-Macarıstan-Avstriyayanı birləşdirəcək.

Rusiya layihənin reallaşdırılması üçün artıq Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya və Avstriya ilə saziş imzalayıb.

Bu ilin noyabrınadək Türkiyənin də buna razılıq verəcəyi gözlənilir.
XS
SM
MD
LG