Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

Türkiyəni qarışdıran polis rəisi istefa ərizəsi yazıb


Fətulla Gülən
Fətulla Gülən
Yazdığı «Haliçdə yaşayan Simonlar: dünən dövlət, bu gün təriqət» kitabı ilə Türkiyənin gündəliyini dəyişdirən Əskişəhər vilayət polis idarəsinin rəisi Hanefi Avcı vəzifəsindən çıxarılaraq Daxili İşlər Nazirliyinin sərəncamına alınması üçün ərizə verib.

Avcının kitabda irəli sürdüyü iddialarla bağlı olaraq Ankara cümhuriyyət prokurorluğu təhqiqata başlayıb.

Polis rəisinin «Türkiyənin dövlət strukturlarına təriqət hakim oldu» iddiasını təsdiqləyən dəlillərin əldə edilməsi halında prokurorluq cinayət işi qaldıracaq.

Ədliyyə Nazirliyi də Avcının kitabındakı iddialarla bağlı təhqiqata başladığını açıqlayıb. Ədliyyə naziri Sadullah Ergin, bəzi fakt və dəlillərlə əlaqədar olaraq, Hanefi Avcının köməyinə ehtiyacları ola biləcəyini deyib.

Hanefi Avcı isə dövlət orqanlarının istəməsi halında əlindəki fakt və dəlilləri verə biləcəyini açıqlayıb.

Digər tərəfdən, Daxili İşlər Nazirliyinin 3 müfəttişi Hanefi Avcının «Haliçdə yaşayan Simonlar: dünən dövlət, bu gün təriqət» kitabının yazılma səbəbləri ilə bağlı araşdırma aparır. Müfəttişlər dövlət məmuru olan Hanefi Avcının bu kitabı yazmasının məmurluq qanunlarına uyğun olub-olmadığını araşdırır.

«Haliçdə yaşayan Simonlar: dünən dövlət, bu gün təriqət» kitabının ilk nəşri olan 20 min nüsxə 2 gündə satılıb. Nəşriyyat bu həftənin axırına qədər mağazalara 100 min kitab göndəriləcəyini açıqlayıb.

34 ildən bəri Türkiyənin polis orqanlarında işləyən Hanefi Avcı DİN Baş təhlükəsizlik idarəsi kəşfiyyat şöbəsi müdirinin müavini ikən - 1997-ci ildə Mehmet Ali Birandın Show TV-də yayınlanan «32-ci gün» proqramında bəzi mafiya qruplarının dövlət sturukturlarında güc qazandığını açıqlamış və bu açıqlamalarına görə həbs edilmişdi.

Qısa müddət həbsdə qalandan sonra sərbəst buraxılan Avcı, dəfələrlə məhkəmə proseslərinə çağırılmışdı. Hanefi Avcı bütün proseslərdə bəraət qazanandan sonra AKP hökuməti tərəfindən Bolqarıstan sərhədindəki Ədirnə vilayətinin polis rəisi vəzifəsinə gətirilmiş, 2009-cu ildə isə Əskişəhər vilayətinin polis rəisi vəzifəsinə təyin edilmişdi.

Hanefi Avcının «Haliçdə yaşayan Simonlar: dünən dövlət, bu gün təriqət» kitabı 12 sentyabrda referenduma getməyə hazırlaşan Türkiyənin gündəliyinin mərkəzinə yerləşib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG