Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:42

Prokurorluq orqan alverini araşdırır


Qeyri-qanuni orqan transplantasiyasının Azərbaycanla bağlılığı olduğu bildirilir

Qeyri-qanuni orqan transplantasiyasının Azərbaycanla bağlılığı olduğu bildirilir

«Biz Ukrayna hüquq-mühafizə orqanlarının Azərbaycanda «qara transplantasiya» olması ilə bağlı açıqlamasına münasibət bildirmişik. Bununla bağlı araşdırma aparılıb, ancaq deyilənlər Azərbaycanda təsdiqini tapmayıb».

Bunu APA-ya açıqlamasında Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.

«Buna baxmayaraq, biz hər bir informasiyaya diqqətlə yanaşırıq və bununla bağlı araşdırmalarımız davam edir», - deyə Rüstəm Usubov bildirib.

O, araşdırmanın Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə aparıldığını vurğulayıb.

Bir müddət əvvəl Ukrayna DİN-dən qeyri-qanuni orqan transplantasiyası ilə bağlı törədilmiş cinayətlərin Azərbaycanla bağlılığı olduğu bildirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG