Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:35

Azərbaycan ordusunun əsgəri yaralanıb


Azərbaycan Ordusunun əsgəri Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.

Hadisə avqustun 25-də axşam saatlarında Ağdamın işğal altında olan Yusifcanlı kəndi yaxınlığında baş verib. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

AQS tipli qumbaraatan silahdan atılan mərmi əsgər Orxan Mirzəyevin yanında partlayıb və o, çoxsaylı qəlpə yarası alıb. Əsgər hərbi hospitala yerləşdirilib, vəziyyəti orta-ağırdır.

1991-ci il təvəllüdlü Orxan Mirzəyev 2009-cu ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG