Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:34

Hindistan xarici investorlara yeni bazar açır


Hindistan parlamenti ölkədə xarici investorlar üçün atom energetika bazarı açılmasını nəzərdə tutuan qanun layihəsi qəbul edib.

Yeni qanun xarici şirkətlərin Hindistanda Atom Elektrik Stansiyasının tikintisinə cəlb olunmalarına imkan açır.

Artıq Birləşmiş Ştatların General Electric və Westinghouse konsernləri bazara maraq göstəriblər.

ABŞ prezidenti Barak Obamanın bu ilin noyabrında Hindistana səfəri zamanı stansiyanın tikintisiylə bağlı müqavilələr imzalana bilər.

XS
SM
MD
LG