Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:13

Ukrayna Şevçenkonun irsini geri almağa çalışacaq


Həm möhtəşəm, həm də kasıb...

Ukraynada məşhur şair Taras Şevçenkonun yenidən qurularaq bu günlərdə açılmış muzeyi ikili hisslər doğurur.

Muzey şairin basdırıldığı Kaniv şəhərindədir.

Muzey ona görə kasıbdır ki, Şevçenkoya məxsus şəxsi əşyalar və əlyazmaların çoxu Ukraynada deyil.

Prezident Yanukoviçin yenidən qurulan muzeyin açılışında iştirak edən təmsilçisi Hanna Herman deyib ki, onlar Şevçenkonun Rusiya və Qazaxıstanda qalan şəxsi əşyaları və əlyazmalarını geri qaytarmağa çalışacaqlar.

Herman deyib ki, artıq prezident Yanukoviç Rusiya və Qazaxıstan rəsmiləri ilə bununla bağlı danışıqlara başlayıb.

T.Şevçenko (1814-1861) Ukraynada doğulsa da, ömrünün çox hissəsini Rusiyada yaşayıb.

Bir də - indi Qazaxıstan ərazisi olan bölgələrdə sürgün həyatı yaşayıb.

O həm də rəssam olub.

Şevçenkonun əsərlərinin bir hissəsi də rus dilindədir. O, müasir Ukrayna ədəbiyyatı və dilinin əsasını qoyub.

2014-cü ildə Rusiya və Ukrayna böyük şairin anadan olmasının 200 illiyini təntənəli şəkildə - birgə mərasimlərlə qeyd edəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG