Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:36

Yerli sakinlərlə hərbçilər arasında qarşıdurma olub


Əfqanıstanın Baqdis əyalətində yerli sakinlər əfqan polisinin öldürülməsinə etiraz olaraq, hökumət binalarının qarşısında mitinqə çıxıblar.

Polis İspaniyalı təlimatçılarla baş vermiş qarşıdurmada öldürülüb.

Əyalət rəhbərliyi binaların mühavizəsini təmin eləmək üçün hərbçiləri köməyə çağırmalı olub.

Binalardan bəzilərinin pəncərələri sındırılıb.

Həmçinin sakinlər NATO-nun şəhərdəki hərbi bazası qarşısında etiraz aksiyasına çıxıblar.

Şahidlərin dediklərinə görə aksiyaçılardan bəziləri binaya hücum edərkən İspaniya hərbçiləri ətrafa atəş açmalı olub və nəticədə onlardan bəziləri yaralanıb.

İspaniya hökumətinin məlumatına görə təlimatçılarla baş verən insidentdə birinci əfqan polisi atəş açıb, 2 İspan polisi və tərcüməçini öldürüb.

Bundan sonra İspan polisləri cavab atəşi açmalı olublar.

Yerli hakimiyyət Əfqan polisinin talibançılarla əlbir olduğunu istisna eləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG