Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:48

Gözdən əlillərin futbolu


Gözdən əlillərin oynadığı xüsusi futbol növü üzrə dünya çempionatı da keçirilir

Gözdən əlillərin oynadığı xüsusi futbol növü üzrə dünya çempionatı da keçirilir

Futbol üzrə yeni dünya çempionu finalda İspaniyanı məğlub edən Braziliya oldu. Amma söhbət adi futboldan getmir.

Gözdən əlillərin oynadığı və BlindFootball – «kor futbol» adı verilən oyundan gedir.

Gözdən əlillərin oynadığı xüsusi futbol növü üzrə dünya çempionatı da keçirilir. Hər komandada 5 oyunçu olur. Oyunçuların hər iki gözləri sarğıyla bağlanır. Ancaq qapıçılar görür.

Topun içinə yerləşdirilən xüsusi cihaz səs çıxardır və oyunçular bu səsin köməyi ilə topun onlara tərəf gəldiklərini duyurlar. Hər qapının arxasında dayanan bir nəfər də hücum edən tərəfin oyunçularına səs-küy salmaqla qapının istiqamətini təxmin etməyə kömək edir.

Gözdən əlillərin öz futbol federasiyası da var.

Artıq beş dünya dünya çempionatı keçirilib. Üçünü Braziliya udub. İngiltərədə keçirilən son çempionatda da İspaniyanı 2-0 yenən Braziliya qalib gəlib. Onların oynadığı futbol heç də görənlərin oynadığı futboldan geri qalmır…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG