Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:58
ADP və «Ümid» parlament seçkilərinə birlikdə gedir. Bu birlik «Qarabağ» Seçki Bloku adlanır.

Avqustun 25-də «Ümid» Partiyası ilə Azərbaycan Demokrat Partiyası (ADP) «Qarabağ» Seçki Bloku adı altında birgə seçkiyə qatılmaq barədə qərar qəbul edib.

ADP sədri Sərdar Cəlaloğlunun AzadlıqRadiosuna verdiyi məlumata görə, qəbul olunan qərarla bağlı artıq partiyaların müvafiq strukturları bu gündən fəaliyyətə başlayıblar.

Sərdar Cəlaloğlu
Cəlaloğlunun dediyinə görə, indiyə qədər iki partiya arasında birgə namizədlərlə bağlı 91 dairədə razılığa gəlinib və daha 20 dairədə belə bir addımın atılması ilə bağlı iş aparılır.

Bundan əvvəl AXCP ilə Müsavat Partiyası da seçkiyə birgə getməklə bağlı razılıq əldə ediblər. İndiyə qədər iki partiya 75 dairədə razılığa gəlib. AXCP sədrinin müavinin Fuad Qəhrəmanlının AzadlıqRadiosuna dediyinə görə, qalan dairələrdə razılıq əldə olunandan sonra seçkiyə qatılacaq blokun adını açıqlayacaqlar.

Azərbaycanda parlament seçkilərinin bu ilin noyabrında keçirilməsi gözlənilir

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG