Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:25

Pakistanda 800 min insanın ətraf aləmlə əlaqəsi yoxdur


Pakistanda daşqınlara görə 800 min insanın ətraf aləmlə əlaqəsi kəsilib, yollara çıxışı yoxdur.

BMT dünya dövlərlərini təcili yardım göndərmək üçün azı 40 vertolyota ehtiyac olduğunu deyib.

Rəsmilər bildirir ki, ətraf aləmlə əlaqəsi kəsilənlərin çoxu Pakistanın dağlıq şimal-qərbində yerləşir. Daşqın həmin yerdə yol və körpüləri yuyub.

Pakistanın baş naziri Yusif Rza Gilani bildirib ki, hökumət xüsuilə uşaqlar arasında xolera, diareya və dizenteriya kimi infeksion xəstəliklərin yayılmasından «ciddi narahatdır».

Gilani hazırda Pakistanın tarixi boyu üzlşdiyi ən pis təbii fəlakətlə qarşı-qarşıya olduğunu deyib.

BMT Pakistanda 17 milyondan çox insanın daşqınların təsirinə məruz qaldığını, 1 milyon 200 min insanın evsiz-eşiksiz qaldığını bildirib.
XS
SM
MD
LG