Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:03

«Azərsu»ya qarşı məhkəmə başlayır


Avqustun 25-də Oğuz-Qəbələ-Bakı su kəmərinə görə kompensasiya ala bilməyənlərlə bağlı birinci məhkəmə iclası keçiriləcək.

Avqustun 9-da Yasamal məhkəməsində Qəbələ rayonu Şamlı kənd sakini Vidadi Rəfiyevin iddiası üzrə keçirilən hazırlıq iclasında belə qərar verilib.

Vidadi Rəfiyev iddia edir ki, 2006-cı ildən 2 hektar yarımlıq əkin sahəsi alınsa da, əvəzində ona nə pul, nə başqa yerdən torpaq verilib.

Ona görə də «Azərsu»dan 126 min manat kompensasiya tələb edir. İddiaçı həmçinin ona dəymiş zərərə görə 50 min manat «Azərsu»dan, 50 min manat isə su kəmərinin podratçısı olan «Tural Xəzinədaroğlu» şirkətindən tələb edir.
XS
SM
MD
LG