Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:06

Avropa Birliyi bloqqerləri azad etməyə çağırır


Avropa Birliyi (AB) gənc bloqqerlər Emin Milli və Adnan Hacızadə barədə həbs qərarının dəyişmədiyindən təəssüflənir.

AB-nin xarici siyasət rəhbəri Ketrin Eştonun bəyanatında belə deyilir.

Qurumun bəyanatında qeyd olunur ki, ədalətin və şəffaflığın çatışmadığı məhkəmə Azərbaycanın ifadə azadlığının vəziyyətinə mənfi siqnal verir.

Avropa Birliyi Azərbaycanı gəncləri azad etməyə çağırır.

Qurum xatırladır ki, Avropa Birliyi Azərbaycanın beynəlxalq öhdəliklərinin, xüsusilə demokratiya, insan haqları, ifadə azadlığı və qanunun aliliyi sahəsində öhdəliklərinin yerinə yetirməsinə yardım etməyə hazırdır.

Bloqqerlər Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Bakının «Lebanese» restoranında baş verən insidentdən sonra həbs olunublar. Onlar qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli bilinib, Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Avqustun 19-da Ali Məhkəmə bloqerlərin kasasiya şikayətini təmin etməyib.

Beynəlxalq təşkilatlar hesab edir ki, bloqqerlərin həbsi onların hökumətə qarşı internetdə yaydıqları tənqidi materiallarla bağlıdır.
XS
SM
MD
LG