Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:37

Allahşükür Paşazadə patriarx Kirilllə görüşüb


Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın patriarxı Kirildən Azərbaycan əsgəri Mübariz İbrahimovun meyitinin qaytarılmasında yardımçı olmağı xahiş edib.

Patriarx Kiril bu məsələdə əlindən gələni əsirgəməyəcəyini vəd edib.

Bu barədə QMİ-i mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, bu gün Moskvada Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın patriarxı Kiril arasında təkbətək görüş olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına həlak olub.

22 yaşlı Mübariz İbrahimovun meyiti hələ də ermənilərdədir.
XS
SM
MD
LG