Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:43
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov avqustun 24-də ATƏT-in Bakı Ofisinin «Kütləvi İnformasiya Vasitələrinin seçkilərdə rolu»na həsr olunmuş dəyirmi masada yerli qəzetlərdə gedən qarayaxma kampaniyası barədə danışıb:

- Qara piarı müxalifət başladı. Ağızlarına gələni yazırlar.

Filan nazirin oğlu ayı yedi, nə bilim nə.

Ayıb deyilmi?

Biz hansı millətin övladıyıq?

Təsis etdiyiniz qəzetlərə deyin, belə olmaz.

Tədbirdə iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər Əli Həsənova sual edib:

- Demək ayının taleyi üçün narahat olmaya bilərik?

Əli Həsənov:

- Ayılar sizin ətrafınızdadır.

Onlarla məşğul olun.

Yerli müxalifət qəzetləri nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Qəbələdə restoranda qəfəsdə saxlanan ayını kəsdirib kabab bişirtdirməsi barədə yazıb.

Anar Məmmədov bu günlərdə «Bizim yol» qəzetinə müsahibə verib.

Müsahibədə ayı məsələsi haqqında yazılanları cəfəngiyat adlandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG