Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

7 girov və onları götürən yaraqlı öldürülüb


Filippinin paytaxtı Manilada 15 sərnişinin girov saxlanıldığı avtobusa hücum zamanı yaraqlı və girovlardan 7-si ölüb, 4 nəfər isə xilas edilib.

Qalanların taleyi barədə hələlik məlumat yoxdur.

Avtobusu girov götürən keçmiş polis əməkdaşı snayperlə vurulub.

Yaraqlı bundan əvvəl girov götürdüyü 25 sərnişindən 9-nu azad eləmiş, sürücü isə pəncərədən tullanaraq qaçmışdı.

Müxtəlif qanun pozuntularına görə işdən azad edilmiş keçmiş polis əməkdaşı işə qayatarılmasını tələb edirmiş.
XS
SM
MD
LG