Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

Nazirlik əməkdaşının törətdiyi qətllə bağlı məlumat yayılıb


Baş Prokurorluq Ədliyyə Nazirliyi əməkdaşının törətdiyi qətllə bağlı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının ilkin araşdırmalarından məlum olub ki, avqustun 22-si gecə radələrində Bakı şəhər sakini, Ədliyyə Nazirliyinin Penitensiar

Xidmətinin əməkdaşı 1975-ci il təvəllüdlü Habil Bayramovla 1974-cü il təvəllüdlü, Bakı şəhər sakini, işsiz Faiq Yəhyayev qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Habil Bayramovun qohumu, Biləcəri Enerji Təchizatı və Enerji Satışı sahəsinin rəisi İsmayıl Allahverdiyevi tamah məqsədilə öldürmək qərarına gəliblər.

Onlar İsmayıl Allahverdiyevin yaşadığı mənzilə gələrək onu 71 bıçaq zərbəsi ilə amansızcasına öldürüblər.

İsmayıl Allahverdiyevin səsinə gələn həmin binada yaşayan qohumları dərhal polisə məlumat veriblər.

Bu zaman Habil Bayramov özünü 5-ci mərtəbədə yerləşən həmin mənzilin pəncərəsindən atmıb, lakin ağır xəsarət aldığından yerdən qalxa bilməyib.

Polis əməkdaşları qapını sındıraraq mənzilə daxil olanda İsmayıl Allahverdiyevin meyitini aşkar ediblər, Faiq Yəhyayev isə mənzildə cinayət başında yaxalanıb.
Faktla bağlı cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG