Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:10

Azərbaycan dilini bilmirmişəm!


Güntay GƏNCALP

Əmin oldum ki, mən Azərbaycan dilini bilmirmişəm. Öz-özümə düşünürəm ki, mən dili bilməli idim.

Nə oldu mənə bu dili bilməz oldum? Mən geriləyirəm, yoxsa bu dil çox sürətlə Bakı və ətrafında irəliləyir?

Çox düşündüm bir yerə çatdıra bilımədim. Əslində mən Azərbaycan dilində xəbər filan oxumaram.

Çünkü çox sevimsiz bir dil qullanılır və əsəbləşdirir məni. Ancaq bəzən oxumaq zorunda qalır adam.

Sadəcə bir tək gün Azərbaycan xəbər obalarını (sitələrini) izlədim. Oxuduqca gördüm anlamıram.

Dedim ki, yəqin mən çoxdandır bu dildə bir şey oxumadığımdan dil inkişaf edib xəbərim olmamış.

Ancaq dilin nə qədər ”inkişaf” etdiyini bilmək üçün bir az daha oxudum və gördüm çox ”inkişaf” etmiş.

Sadəcə 1-2 saat içində bir sürü söz çıxardım hörütlərdən (mətnlərdən) ki, bu sözlərin nə anlama gəldiklərini bilmirdim.

Hardasan ay Molla Nəsrəddin? Gəl mənə anlat ki, bu sözlərin kökü, anlamı nədir? A kişi iş burasındadır ki, özünü filosof adlandıran adam, dilçi adlandıran adam da mənim anlamadığım bu sözləri yazır yazılarında.

Ay sizə qurban olum, ya da siz mənə qurban olasınız, mən indi necə edim? Bax bu aşağıdakı sözləri mən indi necə anlayım:

1.Tender 2. Tendensiya 3. Attestasiya 4. Kontekst 5. Ratifikasiya 6. eksklusiv 7. Xartiya 8. dekalarasiya 9. Kriminal 10. Ekspert 11. Ekspertiza 12. İnsident 13. Disident 14. Rubrika 15. Virtual 16. Administrasiya 17. Fobiya 18. Korrupsiya 19. Aktual. 20. Diskriminasiya 21. Aksiya 22. Reaksiya. 23. Prezident 24. Airoport 25. Ekstensiv 26. Komparativ 27. Faktor. 28. Arena 29. Analitik 30. İntuasiya 31. Obyektiv 32. Subyektiv 33. Efir 34. Sinonim 35. Antonim 36 Amonim 37 Artikulasiya 38. kombinasiya 39. Motivasiya. 40. Spesifik. 41. Sentemental 42. Stimul 43. Magister 44. Aspirantura 45. Defakto 46. Fakt 47. Akt və…

Deyirəm ki, Molla əmi bu dil hansı millətin dilidir? Sənin əziz canına and olsun Molla əmi bunlar mənim bircə saatlıq oxumağımın nəticəsidir.

Hər gah mən məsələn bir həftə oturub Azərbaycan dilində oxusam, inan ki, bir kitab söz çıxararam ki, nə sən anlarsan nə də mən.

Baxıb gülərik bir-birimizin cəhalətimizə! Sən mənə cavab ver ay Molla əmi. Məncigəz ölüm sən söylə ki, mən hansı dildə oxuyum?

Molla əmi, bilirsən nə var? Dərd burasındadır ki, bu sözlərin qarşılığını öz dilimizdə yazanda professor dilçilərin etiraz bağırtıları yüksəlir ki: Dilimizi niyə pozursunuz? Bu sözlər dilimizdə vətəndaşlıq alıblar.

Bu vətəndaş sözlər səs vermədə iştirak edirlər. Bələdiyə seçkilərinə qatılırlar, bütün seçkilərə qatılmaq üçün vətəndaşlıq almışlar.

Danışmaq olmur ki? Sənin əziz canına and olsun Molla əmi, düz 10 il Bakıda həyatımı çürütdüm.

Gəncliyimi boşuna itirdim. Nə qədər yalvardım ki, Ay prezidentin xarici vətəndaşlar üzrə müavini Arif Cuvarlinski mənə niyə vətəndaşlıq vermirsiniz də yüzlərcə yabancı sözə vətəndaşlıq verirsiniz?

Mənə nə desə yaxşıdır? Deyir ki, Ayəəə, sən yabancı deyilsən ki, sənə vətəndaşlıq verək.

Sən ki, elə bizim kimi danışırsan. Bir əl boyda passport deyilən şeydən sənə nə çıxar? Get küçələrdə pasportsuz yaşa!

Heç məni hesaba soxan olmadı. Ona görə də kor-peşman gəncliyimi dəfn etdiyim oradan baş götürüb bir daha dönməmək üzrə qaçdım.

Qaçarkən də bir saxtakarlıq etdim. Bilirsən molla əmi bir mahnı var deyir: “yandım elə yandım, Yandım elə yandım yaaar”

Mən bu mahnının sözlərini saxtalaşdırıb bax belə oxuya-oxuya qaçdım: “Qaçdım elə qaçdım, qaçdım elə qaçdım yaaar”

http://gencalpguntay.blogspot.com/2010/08/azrbaycan-dilini-bilmirmism.html

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG