Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:26

İran raket daşıya bilən gəminin tikintisinə başlayıb


İran qanadlı raketlər buraxa bilən iki kəminin tikintisinə başlayıb.

Bu barədə yerli kütləvi informasiya vasitələri xəbər verirlər.

Rəsmi İRNA agentliyinin məlumatına görə, ölkənin müdafiə naziri Əhməd Vahidi bildirib ki, İran ordusu Fars körfəzi, Oman dənizi və Hömrüz boğazını qorumaq gücündə olmalıdır.

İran komandanlığı yeni gəmilərdən patrul xidməti və mümkün hərbi əməliyyatlarda istifadə olunacağını deyir.

İran prezidenti Mahmud Əhmədinejad isə ötən bazar Tehranın düşmənə ölümcül zərbə vura bilən pilotsuz təyyarə istehsal etdiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG