Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36

Müxalifətin razılaşdığı digər seçki dairələri açıqlanacaq


Avqustun 23-də Müsavatla AXCP razılığa gəldikləri daha bir neçə Dairə Seçki Komissiyasının adını açıqlayacaqlar.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

Onun dediyinə görə, indiyə qədər iki partiya 73 dairədə birgə namizədlərin irəli sürülməsi ilə bağlı razılığa gəliblər. Hər iki partiyanın ümumi fikri birgə namizədlərin müdafiə olunduğu dairələrin sayını 80-ə çatdırmaqdır.

Partiyalar yekun siyahını bu həftənin sonuna açıqlamağı planlaşdırır.
Hər iki partiya bəzi dairələrdə namizədlərin razılaşdırılması ilə bağlı problemlərin olduğunu da gizlətmir.

Parlament seçkiləri prosesinə start verilməsinə isə 15 gün qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG