Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:17

Ekologiya Nazirliyi yoxlama aparıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları Sumqayıt şəhərinin sahilyanı ərazisində bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib.

Sumqayıt şəhəri Sumqayıt-Novxanı dənizkənarı yolunun sağ hissəsində, S.Əliyev və Sahil küçələri ərazilərində tullantıların qalaqlanması və yandırılmasına görə Corat Bələdiyyəsi hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimə olunub.

Sumqayıt şəhəri dənizkənarı ərazidə olan iaşə obyektlərində formalaşan tullantıların müvafiq qaydada idarə olunmamasına görə Sumqayıt şəhər Təmizlik Departamenti MMC hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimə edilib.

Bundan başqa “Səma”, “Əl-Əmrah”, “Sahil-1”, “Mirvari”, “Uğur”, “Pəribulağı” iaşə obyektlərinin iş icraçılarının hər biri fiziki şəxs qismində 500 manat cərimələnib.

XS
SM
MD
LG