Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:39

Füzuli və Cəbrayıl rayonlarının işğal günüdür


Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 17 il ötür.

1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub.

Rayonun ümumi sahəsi 1386 kv.km-dir.


Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Bu gün həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 105 min kv.km-ə yaxın ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.

XS
SM
MD
LG