Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Selincerin unitazı 1 milyon dollara!


Dünya şöhrətli Amerika yazıçısı, “Çovdarlıqda uçurumdan qoruyan” bestsellerinin müəllifi Cerom Devid Selincerin evindən çıxarıldığı deyilən unitaz 1 milyon dollara eBay İnternet hərracına çıxarılıb.

Unitazı hərraca çıxaran amerikalı Rick Kohl bildirir ki, bu, “saxta mal” deyil, onu Selincerin uzun illər yaşadığı evin sonrakı sahiblərindən alıb.

“Təmizlənməmiş, orijinal vəziyyətdə” olduğu deyilən unitazın “üstündə” zəmanət məktubu da var.

Selincerin Nyu-Hempşirdə - Kornişdə guşənişin həyat sürdüyü evini almış Coan Litlfild öz zəmanət məktubunda bildirir ki, əriylə birgə evdə yenidənqurma işləri apararkən köhnə unitazı çıxarıblar.

Xanım Litlfild deyir ki, vaxtilə unitazı yazıçının evində quraşdırmış bütün fəhlələri tanıyır.

Unitazın “eBay”in saytındakı reklamında deyilir:

“Kim bilir bu taxtda oturduğu vaxtlarda Selincerin ağlına nə qədər hekayətlər gəlib”.

Selincer
Selincer bu ilin yanvarında 91 yaşında vəfat edib.

Yazıçı 50-ci illərdə "Çovdarlıqda uçurumdan qoruyan"ı çap etdirdikdən sonra tərki-dünya həyat sürməyə başlasa da, əvvəlki kimi aktiv yazarlıq etməsə də, onun sonrakı dövrlərdə də bəzi yazılar yazdığı məlumdur.

Amma bir şeyi əminliklə söyləmək olar ki, yazıçının şah əsəri bu ""taxtın" üzərində yaranmayıb.

Unitazın üzərində istehsal tarixi var - 1962.

(BBC, AP)

Həmçinin oxu
Selincerin gizli saxladığı əlyazmalar çap olunacaqmı?
Məhkəmə Selinceri “çovdarlıqda oğurluqdan qorudu”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG