Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:05
Hazırda dünyada ən çox qazanan yazıçı amerikalı Ceyms Pattersondur, axır 1 ildə onun gəliri 70 milyon dollar olub.

Reytinqi “Forbs” jurnalı hazırlayıb.

63 yaşlı detektiv ustası Patterson indiyəcən 65 kitab yazıb. Onun ən populyar obrazı vaxtilə polisdə işləmiş psixoloq Aleks Krossdur.

İkinci yerdə vampirlər haqqında romanların müəllifi Stefeni Meyerdir.

37 yaşlı yazıçının 2005-ci ildə çapdan çıxan “Alatoran” (“Twilight”) romanı elə böyük uğur qazanıb ki, ötən il də yazıçıya, yeni kitab yazmasa da, 40 milyon dollar qazandırıb.

Bu pulun 7 milyon dolları romana çəkilən filmlərdən gəlib.

Üçüncü yerdə dəhşət və fantastika janrlı bestsellerlərin müəllifi amerikalı Stefan Kinqdir (34 milyon dollar).

Sonrakı yerlərin sahibləri:

4. Məhəbbət romanları yazan amerikalı müəllif Deniela Stil (32 milyon dollar)

5. Britaniyalı detektiv və tarixi roman yazarı Ken Follet (20 milyon dollar)

6. Amerikalı detektiv yazarı Din Rey Kuntz (18 milyon dollar)

7. Amerikalı romantik macəra romançısı Canet Evanoviç (16 milyon dollar)

8. Amerikalı detektiv yazarı Con Qrişam (15 milyon dollar)

9. Məhəbbət romanları yazan amerikalı müəllif Nikolas Sparks (14 milyon dollar)

10. Uşaqlar üçün sehrbaz Harri Potter haqqında romanların müəllifi, britaniyalı C.K. Roulinq (10 milyon dollar)

Roulinq keçən il yeni roman çap etdirməsə də, "Harri Potter"in hələ də yaxşı satılması hesabına onluqda qala bilib.

Amma onu da qeyd etmək lazımdır ki, dünyada ən çox satılan kitablar əsasən kommersiya məqsədli əsərlərdir və geniş kütlənin diqqətini cəlb etmək uğuruna nail olsa da, onlar heç də dünya ədəbiyyatının şedevrləri anlamına gəlməməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG