Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17
Bakı “Kitab Klubu”nda “Baron Münhauzenin macəraları” adlı uşaq kitabının təqdimatı keçirilib.

“Kitab klubu”nun öz nəşri olan bu İllüstrasiyalı kitab ilk dəfə olaraq Azərbaycan dilinə nəzm, yəni şeirlər şəklində tərcümə olunub.

Məlum olduğu kimi Gottfried Bürger və Rudolf Raspe “Baron Münhauzenin macəraları”nı nəsr şəklində yazıblar və bu əsər dünya dillərinə də nəsr şəklində tərcümə olunub.

Kitaba Münhauzenin ilk 14 sərgüzəşti daxil edilib.

“Baron Münhauzenin macəraları” dünya macəra ədəbiyyatının ən parlaq nümunələrindən biridir.

Əsər yalançılığı ifşa edir.

Əsər sovet dövründə Azərbaycan dilinə nəsrlə çevrilib və "Dünya Uşaq Ədəbiyyatı" seriyasında çap edilib.

Bu dəfə tərcüməçilər Yusif Yanar və Pərvan kitabı Azərbaycan dilinə nəzmlə çeviriblər.

Tərcüməçilər əsərin nəzmlə tərcüməsinin onu daha da cazibədar edəcəyi qənaətindədirlər.

Qeyd edək ki, tərcümədə hər macəraya məzmuna uyğun ad verilib.

Tərcüməçilər gələcəkdə oxucuları digər macəralarla da tanış edə biləcəklərinə ümid edirlər.

Kitab uşaqlı-böyüklü bütün yumor, satira və fantastika həvəskarları üçün nəzərdə tutulub.

Rəngli-illüstrasiyalı kitab 20 səhifədən ibarətdir.

Kitabdan bəzi şeir parçalarını AzadlıqRadiosunun oxucularına təqdim edirik:

Birdən çıxdı qarşıma

Əsrarəngiz bir maral

Gözəlliyi deyirdi

Ovçu, mənə bax, mat qal!

***

Əsgər igid olanda

Ondan qaçar təhlükə.

Ovçunun da uğuru

Bağlıdır zirəkliyə.

www.kitabklubu.org

Günün bütün mövzuları

XS
SM
MD
LG