Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:35

Van Qoqun rəsmlərinin tapılması xəbəri yalan çıxdı


Misir rəsmiləri Van Qoqun Qahirə muzeyindən oğurlanmış qiymətli əsərlərinin tapılması barədə xəbərlərin doğru olmadığını bildirirlər. Bir qədər əvvəl oğurluq əsərlərin Qahirə hava limanında İtaliya vətəndaşları olan gənc oğlan və qızdan tapılması barədə xəbər yayılmışdı.

Misrin Mədəniyyət naziri dövlət informasiya agentliyinə bildirib ki, hələlik əsərlərin axtarışı davam edir.

Van Qoqun ümumi dəyəri 50 milyon dollar hesablanan iki əsərinin Qahirədəki Mahmud Xəlil Muzeyindən oğurlanması barədə xəbər ötən gün yayılıb. 1978-ci ildə də həmin muzeydən bu Holland rəssamının qiymətli əsəri oğurlanmışdı. İki il sonra rəsmilər əsərlərin Küveytdən tapıldığını elan etdilər. Amma Misir rəsmiləri əsərlərin muzeydən necə yoxa çıxdığını izah etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG