Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:19

Qəbələdə yanğın söndürülüb


Qəbələnin Tikanlı kəndi yaxınlığındakı meşə zolağında qeydə alınan yanğın söndürülüb.
ANSpressin məlumatına görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100 nəfərlik canlı qüvvəsi və texnikası, o cümlədən meşə işçiləri ilə ekoloqlar cəlb olunublar.

Qəbələnin bu ərazisində yanğın avqustun 15-dən başlanıb. Mütəxəssislərin fikrincə, alovlanma əsasən kolluq sahələrdə müşahidə edilib. Yanğının keçdiyi ərazi təxminən 10-15 hektar sahəni əhatə etsə də, alov dar zolaqlarda qeydə alınır. Faktiki olaraq yanan və artıq söndürülən hissə 7 hektara qədərdir.
XS
SM
MD
LG