Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:52

Angelina Jolie Bosniya müharibəsindən bəhs edən romantik film çəkir


Hollivud aktrisası Angelina Jolie Balkanlarda müharibədən bəhs edən romantik film çəkməyi planlaşdırdığını bildirib. Bu barədə o, avqustun 21-də Bosniya paytaxtı Sarayevoya səfəri zamanı məlumat verib.

Angelina Jolie Bosniyaya BMT-nin Qaçqınların işləri üzər Ali Komissarlığının xoşməramlı səfiri kimi gedib.

Komissarlıqdan yayılmış yazılı məlumatda aktrisanın yeni filmin çəkilişlərinə bu payızdan başlayacağı bildirilir. Film 1992-1995-ci illərin müharibəsindən az əvvəl bir-birini sevməyə başlamış bir cütlüyün sevgisinə müharibənin təsirindən bəhs edəcək. Məlumata görə film yalnıəz bir məhəbbət əhvalatı olacaq, orada siyasi proseslərə toxunulmyacaq. Filmə keçmiş Yuqoslaviyadakı etnik qrupların hamısından aktyorların cəlb edilməsi planlaşdırlır.

Sarayevoya səfəri zamanı Jolie Bosniya liderlərini minlərlə qaçqının öz evlərinə qaytarılması prosesini sürətləndirməyə çağırıb. Aktrisa Bosniyanın müsəlman və xorvat liderləri təmsilçiləri ilə də görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG