Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07

ABŞ Buşehr stansiyasının dinc məqsədli olduğunu qəbul edir


ABŞ bildirib ki, İranın Buşehrdəki atom elektrik stansiyasına Rusiyanın nüvə yanacağını yükləməsi həm də İranın özünün uran zənginləşdirməsinə ehtiyac olmadığını göstərir.

Dövlət Departamentinin sözçüsü Darby Holladay həmçinin əlavə edib ki, Vaşinqton Rusiyanın İran üçün tikdiyi bu stansiyanın nüvə silahı yayılması riski yaratmadığını, yalnız dinc məqsədlər daşıdığını qəbul edir.

Amma ABŞ-ın müttəfiqi olan İsrail İranın bu stansiyasına nüvə yanacağı vurulmasını tamamilə qəbuledilməz hal adlandırıb. Yaydığı yazılı açıqlamada İsrailin Xarici İşlər Nazirliyi dünya içtimaiyyətini nüvə fəaliyyətini dayandırmaq üçün İrana təzyiqləri artırmağa çağırıb.

Avqustun 21-də BMT mütəxəssislərinin iştirakı ilə Rusiya mühəndisləri Buşehrdə İran üçün tikdikləri atom elektrik stansiyasına nüvə yanacağı vurmağa başlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG