Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:35

Bloqçular müsabiqə keçirirlər


Filippində heyvan haqlarını qoruyanların aksiyasından
Filippində heyvan haqlarını qoruyanların aksiyasından
Uşaqlar üçün heyvanlar haqqında «Ən yaxşı hekayə» müsabiqəsi keçirilir.

Müsabiqəni keçirən e110365 adlı bloqçudur.

Bloqçunun qeyd etdiyinə görə, yarışmada məqsəd milli uşaq ədəbiyyatının zənginləşdirilməsidir:

«Azyaşlılara biomüxtəliflik anlayışının və onun canlılar aləminin davamlılığı baxımından əhəmiyyətinin heyvanlara sevgi vasitəsilə öyrədilməsi, sahibsiz heyvanların qorunmasıyla bağlı fəaliyyət göstərən könüllü təşkilatlara maliyyə yardımı göstərilməsi».

Müsabiqənin formatı indiyədək keçirilənlərdən fərqlənir: burda nəinki tanınmış imza və ya təşkilat iştirak etmir, hətta müsabiqə təşkilatçısı və münsifin sadəcə ləqəbi bəllidir.

Münsiflər heyəti deyə bir qurum da yoxdur:

Hekayələri Məhəmmədhəsənəmi nikli münsif nəzərdən keçirəcək.

Müsabiqəyə qalibləri mükafatlandırılmaq üçün sponsor da cəlb edilməyib. Elə e110365 öz vəsaiti hesabına qalib hekayə müəllifinə mükafat olaraq 500 manat təqdim edəcək.

Yarışmaya qatılmaq üçün son tarix 31 avqustdur.

Qalib isə oktyabrın 1-də elan ediləcək.
XS
SM
MD
LG