Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:08
Nazirlər Kabineti dövlət qurumlarının milyard manatlarla ölçülən borcunu sildi. Söhbət büdcədən maliyyələşən dövlət qurumlarının enerji borclarından gedirdi. Dövlət qurumları nədən belə böyük borclara düşür? Bu, korrupsiyanın yoxsa səmərəsiz idarəçiliyin göstəricisidir?

«Panorama» verilişində millət vəkili Nazim Məmmədov və «Turan» İnformasiya Agentliyinin eksperti İlham Şaban bu suallar ətrafında fikirlərini bölüşüblər.

Nazim Məmmədov:

«Mən bu məsələyə borcların şişirdilməsi, korrupsiya göstəricisi kimi baxmıram. Bu, daha çox borca düşən dövlət qurumlarının rəhbərliyinin idarəçiliyindən doğan problemlərdir. Biz zaman-zaman şahidi oluruq ki, iri vergi ödəyiciləri büdcə qarşısında öhdəliklərini yerinə yetirmirlər. Vəziyyətdən çıxış yolunu Müşahidə Şuralarının yaranmasında görürəm. Bu Müşahidə Şuraları həmin dövlət qurumlarının, səhmdar cəmiyyətlərinin üzərində vətəndaş nəzarətini təmin edər».

İlham Şaban:

İlham Şaban
«Baxın borcu silinən qurumlardan biri «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətidir. Bu cəmiyyət «Barmek-Azərbaycan» Şirkətinin yerini tutdu. Hüseyn Arabul dövlətdən cəmi 100 milyon kredit istəyirdi, vermədilər, özünü də işləməyə qoymadılar. Fikir verin, o borc yox, kredit istəyirdi. İndi isə məlum olur ki, «Bakıelektrikşəbəkə» təkcə bir ildə dövlətdən 280 milyon dotasiya alıb. Özü də borc içindədir.

Başqa qurumlarda da eyni vəziyyət yaranıb. Bu qoyulan investisiyalara qeyri-adekvat idarəçilikdir. Milyard manatlar bir sərəncamla silinir. Dövlətə heç bir xeyir verməyən şirkətlərə böyük güzəştlər edilir.

Ancaq bunun əvəzində 40-50 il dövlət üçün tər tökmüş insanlara cəmi 75 manat pensiya verirlər. Belə ədalətsizlik olmaz…».

ƏTRAFLI DİNLƏYİN:


Şərhləri göstər

XS
SM
MD
LG