Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:52

Qarabağ kanalından zabitin cəsədi tapılıb


Qarabağ kanalının Bərdədən keçən hissəsində cəsədi tapılan zabit Kərəm Məhərrəm oğlu Tanıyevdir.

Bu barədə APA agentliyi Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir.

Cəsəd Mirzalıbəyli kəndinin yaxınlığından tapılıb.

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini deyir.

Onun sözlərinə görə, Mingəçevirdəki “N” saylı hərbi hissədə xidmət edən baş leytenant Kərəm Tanıyev avqustun 20-də axşam saatlarında Yuxarı Qarabağ kanalının şəhər ərazisindən keçən hissəsində əl-üzünü yuyarkən suya yıxılaraq boğulub.
Faktla bağlı araşdırma gedir.
XS
SM
MD
LG